
Rusiyada son sutkada koronavirusdan rekord ölüm
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı rekord sayda – 968 nəfər artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək sutkalıq göstərici olub.
Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.
Bununla da Rusiyada COVID-19-dan ölənlərin ümumi sayı 215 392-yə yüksəlib. Ölkədə dörd gündür sutkalıq ölüm sayı 900-dən çox olur.
Son 24 saatda koronavirusa yoluxanların sayı 29 362 nəfər artıb ki, bu da dekabrın 24-dən indiyədək qeydə alınan ən yüksək göstərici olub. Federasiyada COVID-19-a yoluxanların ümumi sayı 7 746 718 nəfər təşkil edir.
Son 1 gündə 21 049 nəfər sağalıb. Sağalanların ümumi sayı 6 840 845-dir. Hazırda 690 481 xəstə koronavirusdan müalicə olunmaqdadır.























