
Rusiyada təyyarə qəzaya düşdü, 2 yaralı var
Rusiyanın Altay diyarında yüngül mühərrikli təyyarə qəzaya düşüb.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, hadisə Starobelokurixa kəndində aerodromda baş verib.
İnsident nəticəsində 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə yerində yanğınsöndürən və xilasedicilər çalışır. Hazırda insidentin detalları araşdırılır.























