“Rusiyada yaşayan həmvətənlərimiz də daha fəal olmalıdır” – Partiya sədri

“Rusiyada yaşayan həmvətənlərimiz də daha fəal olmalıdır”  – Partiya sədribackend

“Gəncəyə atılan raketlər bir daha sübut edir ki, humanitar atəşkəs düşmənə havadarları vasitəsilə fürsət yaratmaqdan başqa heç bir məqsəd güdmür”.

Busaat.az xəbər verir ki, bunu Gəncədə törədilən erməni terroruna münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Partiya sədrinin sözlərinə görə, Rusiya bu münaqişədə tərəfsiz olmayıb və hər zaman Ermənistanın dəstəkçisidir. Rusiya nə rolunu, nə də xislətini dəyişib:

“Azərbaycan xalqı bu atəşkəsin nəticəsini belə də gözləyirdi. Biz tarixi unutmadıq. Şuşa, Laçın məhz vasitəçilər bizi atəşkəs masasına oturdanda işğal edildi. Ümid Partiyası olaraq, Ali Baş Komandanı haqq işimizi son kəndimizə bayraq sancılana kimi davam etdirməyə çağırırıq. Hamımız Vətənimizin, ordumuzun yanındayıq. Qardaş Türkiyəyə səslənirik: Azərbaycana bütün sahələrdə dəstək verin, xüsusilə beynəlxalq arenada əsas ağırlıq sizin üzərinizdədir.

Xaricdə yaşayan həmvətənlərimiz bütün imkanlarını səfərbər edib haqq işimizi yaşadıqları ölkələrin səlahiyyətli qurumlarına çatdırsınlar. Özəliklə, Rusiyada yaşayan həmvətənlərimiz daha fəal olmalı, bizim müdafiəmiz üçün tatarları, başqırdları, çeçenləri, udmurtları, Dağıstan xalqlarını bu prosesə cəlb etməli, onların parlamentində müzakirə üçün imkanlar aramalıdırlar. Güney Azərbaycanlılarımız İrandan Ermənistana gələcək hər bir dəstəyi durdurmalıdırlar, savaş davam edir. Yəhudi dostlarımız hər zaman Azərbaycanla birlikdə olublar, bu gün onların dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, xalqımızı sevən yəhudi dostlarım imkanlarını əsirgəməyəcəklər.

Nəhayətdə xalqımız birlik və bərabərliyini davam etdirməli, düşmən təxribatının bizi parçalamağa yönəlik addımlarına daha sıx birləşməyimizlə cavab verməliyik. İşğalı aradan qaldırmaq istiqamətində Xalq-Dövlət birliyimizi sarsıtmaq üçün hər cür təsir və təzyiqlərlə bizi atəşkəs masasına oturtdular. Bilirlər ki, birliyimizi parçalayacaq ilk şey atəşkəsdir. Ona görə oradan başlayırlar. İqtidar xalqımıza, birliyimizə, ordumuza güvənərək, bütün təzyiqlərə sinə gərib haqq işimizi davam etdirməli, biz isə birliyimizi qorumalıyıq.
Atəşkəs pozulub artıq, düşmən bunu göstərdi. Qarabağsız Azərbaycan yoxdur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90