
Rusiyadan ABŞ-a hədə-qorxu: "Müdaxilə edərsinizsə..."
“ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik”.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov deyib.
“Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır. Bunu Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir. ABŞ və onun müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür” –deyə, Lavrov bildirib.
Busaat.az























