
Rusiyadan ərzaq, gübrə ixracına heç bir maneə yoxdur - Ned Prays
ABŞ Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ərzaq və gübrə ixracı ilə bağlı sanksiyalardan azad edilməsinin nəticə verməməsi fikri ilə razı deyil.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Ruslar deyir ki, onları taxıl və gübrə ixrac etməkdən çəkindiririk, bu, sadəcə olaraq doğru deyil”, – deyə Prays Rusiya xarici işlər nazirinin müavini Verşinin sözlərini şərh edərkən bildirib.
Bundan əvvəl nazir müavini vurğulamışdı ki, Rusiya kənd təsərrüfatı ixracatçıları qarşısında maneələr hələ də qalmaqdadır. Brüssel, Vaşinqton və Londonun bəyan etdiyi “ərzaq və gübrələrə sanksiya istisnaları” işləmir.
“Son günlər Rusiyadan Qara Dəniz Taxıl Təşəbbüsünün niyə uzadılmaması ilə bağlı bir sıra bəhanələr eşitdik. Bilirik ki, bu, dünyanın Qara Dəniz Taxıl Təşəbbüsünə ehtiyacı olması ilə bağlıdır”, – Prays bildirib.
Busaat.az























