
Rusiyadan gərginliyə səbəb olacaq raket HƏMLƏSİ: ABŞ sahillərində yerləşəcək
Rusiyaya məxsus “Tsirkon” hipersəs raketləri daşıyan “Admiral Qorşkov” freqatı ABŞ-ın Potomak çayı yaxınlığında yerləşdirilə bilər.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yayıb.
Telegram-da verdiyi yazılı açıqlamada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev ABŞ-ın Ukraynadakı müharibə üçün on milyardlarla dollar xərclədiyini, böyük silah yardımı etdiyini və başqaları vasitəsilə “minlərlə insanı öldürdüyünü” müdafiə edib.
ABŞ administrasiyasının nasist Almaniyasının təbliğatına cavabdeh olan nazir Cozef Göbbelsin “əsl varisi” olduğunu qeyd edən Medvedev deyib: “Yeni il üçün əsas hədiyyə (Admiral Qorşkov freqatı) dünən Tsirkon raketləri ilə NATO sahillərinə getdi”.
“Tsirkon” raketlərinin 1000 kilometr mənzilə sahib olduğunu qeyd edən Medvedev davam edib: “Həmçinin qeyd edim ki, raketlər Potomak çayının yaxınlığında, sahildən 100 mil məsafədə yerləşir və buna görə sevinə bilərsiniz! Bu, Rusiya və onun müttəfiqləri üçün təhlükə yaradanların ağlını başına gətirəcək”.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qorşkov” freqatı dünən Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi mərasimlə döyüş növbətçiliyinə başlayıb.
Busaat.az























