Rusiyadan ikinci S-400 alayını alır- Türkiyə

Rusiyadan ikinci S-400 alayını alır- Türkiyəbackend

Rusiya və Türkiyə S-400 zenit-raket kompleksi ilə bağlı gələn il müqavilə imzalayacaq.

Busaat.az xəbər verir ki, bunu “Rostec” dövlət şirkətinin rəhbəri Sergey Çemezov açıqlayıb.

Onun sözlərinə görə, iki ölkə yeni S-400-lər üçün anlaşma imzalayacaq.

Sergey Çemezov qeyd edib ki, Rusiya yeni partiya S-400 komplekslərini Türkiyəyə göndərə biləcək.

Xatırladaq ki, ötən il Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90