Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

Rusiyadan Litvaya ilk hücum - Dövlət qurumlarının saytları çökdürüldü

image-64429363-4f81-4b53-8405-c8d99f3cf4a2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İyunun 27-də Litvanın dövlət və özəl strukturları kiberhücuma məruz qalıb.

Busaat.az xəbər verir ki, bu barədə Litvanın Milli kibertəhlükəsizlik mərkəzi məlumat yayıb.

Hücumdan sonra Dövlət Vergi Müfəttişliyinin, Miqrasiya Departamentinin, habelə nəqliyyat şirkətləri və bir sıra kütləvi informasiya vasitələrinin (KİV) saytları çalışmayıb.

Milli kibertəhlükəsizlik mərkəzinin direktoru Yonas Skardinskasın sözlərinə görə, hücumlar Rusiyadan həyata keçirilib.

Kremyönümlü “Killnet” qruplaşması da artıq məsuliyyəti üzərinə götürüb. Özlərinin “Telegram” kanalında onlar video yayaraq Litvadan “Kalininqradın blokadası”nı götürməyi tələb ediblər, hakerlərin vurğulamasına görə, əks alda hücumlar davam edəcək.

Yonas Skardinskas ehtimal edir ki, yaxın günlərdə ölkənin nəqliyyat, energetika və maliyyə sektorunun saytlarına hücumlar gerçəkləşə bilər.

Hakerlər öz bəyanatlarında Litvanın sanksiyaya düşmüş yükləri daşıyan qatarları öz ərazisindən Kalininqrad vilayətinə buraxmamasını “Kalininqradın blokası” adlandırırlar. Buraya daş kömür, metal, sement, odun və yüksəktexnoloji məhsulların daşınması daxildir.

Litvanın LTG dəmiryol konserninin nümayəndəsi Mantas Dubauskas deyib ki, təmsil olunduğu şirkət Avropa İttifaqının Rusiya və Belarusa qarşı sanksiyalarını icra edir, qadağalar iyunun ortalarına tam qüvvəyə minməli idi. Rəsmi Moskva Litvanın qərarına sərt şəkildə qarşı çıxaraq bildirib ki, söhbət ixracdan yox, Rusiyanın bir ərazisindən digərinə yüklərin tranzitindən gedir. O, sərt tədbirlər görəcəklərinə söz verib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=80376