Rusiyadan NATO-ya güc nümayişi: Nüvə qabiliyyətinə malik təyyarələr havaya qaldırıldı

image-nato-rusya-getty-1867601backend

 Rusiyaya aid bombardman təyyarələri havaya qaldırılıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Nüvə qabiliyyətinə malik iki Tu-95 MS tipli strateji bombardman təyyarəsi Bering və Okhotsk dənizləri üzərindən uçuş edib. Uçuş müddəti 12 saatdan çox sürüb. Uçuş sırasında Tu-95 MS-nin ekipajı yanacaq doldurmasını həyata keçirib” –deyə, Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, NATO-nun başlatdığı nüvə hərbi təlimi zamanı Rus strateji bombardıman təyyarələrinin kritik bölgələrdə uçuş həyata keçirməsi NATO-ya gözdağı olaraq şərh edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki