
Rusiyadan Odessa limanına raket hücumu
Ukraynanın Cənub Əməliyyat Komandanlığı ötən gecə Ukraynanın cənubunda rusların raket və pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Odessa vilayətindəki limanın zədələndiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə komandanlığın sosial media hesabından edilən yazılı açıqlamada məlumat verilib.
Məlumata görə, Qara dənizdən Odessaya 6 Kalibr raketinin atıldığı bildirilən açıqlamada, deyilir: “Bütün raketlər hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Odessa vilayətində 21 “Şahid” PUA vurulub.
Raketlərin vurulması nəticəsində düşmüş raket hissələrinin liman infrastrukturunun və bir çox evlərə ziyan vurduğu, 1 nəfərin isə yaralandığı bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada rusların ötən gecə 6 Kalibr raketi və 36 İHA ilə Ukraynaya cənubdan hücum etdiyi qeyd edilib.
Busaat.az























