Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 942 $▼3.34%
  • Ethereum1 852 $▼3.92%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiyadan Ukraynaya xəbərdarlıq: "ABŞ saray çevrilişinə hazırlaşır"

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Ukraynada “saray çevrilişi” hazırlayır.

Busaat.az xəbər verir ki, bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

Mariya Zaxarova ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Kiyevə gəlişinin təsadüf olmadığını, “saray çevrilişi”nin planlaşdırıldığını iddia edib.

“ABŞ Dövlət Departamentinin baş müşaviri xanım Nuland dekabrın 4-də Kiyevə səfər edib. Amerikalı müfəttişin Ukraynaya vəziyyəti yoxlamaq, müharibənin gedişini dəyərləndirmək üçün gəldiyi deyilir. Görünür, onlar da cinayət yerinə tələsirlər” – deyə, Zaxarova qeyd edib.

Rus diplomat Nulandın Kiyevə səfərinin Ukrayna üçün “faciəli qarışıqlığın xəbərçisi” olduğunu iddia edərək, “Ukraynanın güc dairələrində Qərb yardımlarının bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarının kəskinləşdiyi bir vaxtda onun Kiyevdə peyda olması, şübhəsiz ki, təsadüfi deyil. Saray çevrilişi və ya bəzi kadr dəyişiklikləri yenidən qüvvəyə minib: “Düşünürəm ki, Vaşinqtonun səbrini dəfələrlə sınayan Zelenski rejiminin düşünməli çox şeyi var” – deyə, əlavə edib.

Nulandın 2014-cü ildə Ukraynada dövlət çevrilişinə cəhddə iştirak etdiyini deyən Zaxarova sözlərini belə tamamlayıb: “Təbii ki, bunun arxasında ilk növbədə ABŞ və Avropa qitəsində ABŞ-la birlikdə hərəkət edən ölkələr və siyasi qüvvələr dayanırdı. O, ehtiyatsızlıqdan Ukraynanın daxili işlərinə də qarışdı”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=93445