
Rusiyalı deputat Zelenskini Ukraynanı borca salmaqda günahlandırıb
“Artıq xarici kreditlər ölkə büdcəsinin demək olar ki, 40%-ni təşkil edir, gələn il isə xaricdən maliyyələşmə 58%-ə yüksələcək”.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Telegram kanalında yazıb.
“Bu gün Kiyev gəlirlərinin yarısından çoxunu və ya 57,9%-ni borcun ödənilməsinə sərf edir, bu səbəbdən o yeni kreditlər istəməyə məcburdur. Ukrayna müflis dövlətdir. Kiyev məsələni gizlətməyə çalışır. Lakin problem göz qabağındadır. Zelenski Ukrayna vətəndaşlarını gələcəkdən məhrum edib və ölkəni borca salıb. Bunlar 2014-cü ilin Fevralında Ukraynada Ukrayanın suverenliyinin tamamilə itirilməsilə nəticələnən çevrilişin nəticəsidir. Xarici kreditlər artıq ölkə büdcəsinin demək olar ki, 40%-ni təşkil edir və gələn il xarici maliyyələşmə 58%-ə qədər artacaq. Ukrayna nə maaşları, nə pensiyaları ödəmək, nə də digər dövlət xidmətlərini ödəmək üçün öz xərclərini ödəyə bilir. Vəziyyət getdikcə pisləşir” – deyə, Dövlət Dumasının spikeri bildirib.
Busaat.az























