Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.27 $▼0.59%
  • WTI neft88.31 $▼0.28%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.159 $▼2.20%
  • Qızıl3 875 $▼0.29%
  • Gümüş47.48 $▼3.35%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼1.10%
  • Bitcoin64 720 $▼0.91%
  • Ethereum1 816 $▼1.03%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Rusiyalı erməni milyarder Qarabağa gələrək dünya ermənilərini birliyə çağırdı...-VİDEO

image-7673584
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bildirən rusiyalı milyarder Ruben Vardanyan dünya ermənilərinə Qarabağdakı haylara dəstək üçün müraciət edib.

Moderator.az  xəbər verir ki,  News.am-ın yaydığı məlumata görə, R.Vardanyan video-müraciətini Xocavənd rayonunun işğal altındakı “Sxtoraşen” adlandırılmış Şıx Dursun kəndində yerləşən 2040 yaşı olduğu iddia edilən nəhəng qoca çinarın yanında dayanaraq ünvanlayıb.

“İnanıram ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri Artsax xalqı ilə bir yerdə olmalıyıq. Biz onlara nəinki simvolik dəstək verməliyik, həm də əməldə kömək etməliyik”,

O, Rusiyaya Qarabağdakı mövcudluğuna və “sülhməramlı” qoşunları tərəfindən buradakı erməniləri müdafiə etməsinə görə minnətdarlığını bildirib.

“Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır”- deyə erməni milyarder vurğulayıb.

Vardanyan soydaşlarına müraciət edərək bildirib ki, bu gün vəziyyət təxminən 100 il əvvəl “ermənilər öz güclərini toplayaraq, silahsız bir şəkildə Sərdarabadda düşmənin qarşısını alan möcüzə göstərdikləri zaman” kimidir(Söhbət 1918-ci ildə İrəvan yaxınlığındakı Sərdarabad dəmiryol stansiyası yaxınlığında Osmanlı qoşunlarının İrəvana girişinin qarşısının alındığı döyüşdən gedir-S.L.).

Xatırladaq ki, 44 günlük savaşdan öncə  və sonra Azərbaycan torpaqlarında məskunlaşmış haylara mütəmadi maliyyə yardımı edən Ruben Vardanyan avqustun əvvəlində, yəni Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması məsələsi gündəmə gəldikdən sonra Qarabağda müqavimət hərəkatı yaratmaq təşəbbüsü ilə çıxış edib.

Sultan Laçın


 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84724