
Rusiyalı hərbçilər Ermənistanda qəzaya düşdü - 1 ölü, 1 yaralı
Ermənistanın Ararat vilayətində ağır yol qəzası baş verib.
Busaat.az “Shamshyan” portalına istinadən xəbər verir ki, qəza İrəvan-Yerasx-Mehri avtomobil yolunun 80 kilometrliyində baş verib.
Yük maşını yolun hərəkət hissəsindən çıxıb və təxminən 150 metr məsafədən dərəyə yuvarlanıb. Qəza nəticəsində 1 nəfər ölüb, digəri isə yaralı halda xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzada ölən və yaralanan Rusiyanın Sərhəd Qoşunlarının hərbçiləri olub.
Polis hazırda qəzada iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirir.























