
Rusiyanı Krım körpüsünə hücuma bağlı "qeyri-insani" cavab verməyə çağırıram - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsini Krım körpüsünə edilən son hücumla bağlı terrorçulara qarşı güc tətbiq etməyə, və məqsədyönlü şəkildə qeyr-insani tədbirlər görməyə çağırıb.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Qlobal təcrübə və bizim öz təcrübəmiz göstərir ki, beynəlxalq sanksiyalardan istifadə etmək, terrorçulara qarşı xəbərdarlıq etmək yoxdur. Onlar yalnız güc dilini başa düşürlər. Yalnız məqsədyönlü və tamamilə qeyri-insani addımlar atılmalıdır”, – Medvedev deyib.
Buna görə də, bu işi törədənlərin öz evləri və qohumlarının evləri partladılmalıdır.
Xatırladaq ki, Rusiyanın Milli Antiterror Komitəsinin məlumatına görə, ötən gecə Ukrayna qüvvələri Krım körpüsündə terror aktı həyata keçirmək üçün iki pilotsuz uçuş aparatından istifadə edib.
Busaat.az























