
Rusiyanın Avropa Şurasına qayıtmaq planı yoxdur - Aleksandr Qruşko
Avropa Şurası artıq Avropa xalqlarının birliyini təşviq edən təşkilat deyil, ona görə də Rusiyanın ora qayıtmağının mənası yoxdur.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Parlamentskaya qazeta” ya müsahibəsində bildirib.
Qruşko deyib: “Avropa Şurası öz Nizamnaməsinin 1-ci maddəsinə əsasən, Avropa dövlətlərinin “daha böyük birliyinə nail olmaq üçün” yaradılıb. Qərbin səyləri isə onu əksinə bir şeyə çevirdi. Belə bir təşkilata geri qayıtmağın mənası yoxdur”.
Rusiya prezidenti Vladimir Putin Aleksandr Qruşkonu parlamentdə Avropa Şurasının Rusiya ilə bağlı beynəlxalq müqavilələrinə xitam verilməsi ilə bağlı keçirilən dinləmələrdə özünün rəsmi nümayəndəsi təyin edib.
Qeyd edək ki, Rusiya 2022-ci ilin martında Avropa Şurasını tərk edib.
Busaat.az























