Rusiyanın Be-200ЧС amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edir

image-default-2023-07-25t161751-378backend

Rusiyanın Be-200ЧС amfibiya təyyarəsi Türkiyənin Kəmər bölgəsində meşə yanğınlarının söndürülməsində iştirak edir.

Busaat.az xəbər verir ki, bu barədə TASS-a hadisə yerindən olan şahidlər məlumat verib.

“Meşə yanğınlarının qatı tüstüsü Kəmər sahilində yerləşən bir sıra otellərin ərazisindən görünür. “Helikopterlər, həmçinin Be-200ЧС amfibiya təyyarəsi ilə birlikdə yanğınla havadan mübarizə aparır”, – məlumatda deyilir.

Qeyd edək ki, iyulun 18-də TASS-a Rusiya Federasiyası Daxili İşlər və Rabitə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün iki Be-200ЧС amfibiya təyyarəsi Türkiyəyə göndərilib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki