
Rusiyanın beynəlxalq hüququ vəhşicəsinə pozması acı vericidir – Şolz
Ukraynaya müharibə elan edən Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozması ağrılıdır.
Busaat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.
“Müharibə Avropaya qayıdıb” deyən Şolz “Focus” jurnalına deyib: “Qonşusunun (Ukrayna) ərazisini qoparmaq istəyən Rusiya administrasiyasının beynəlxalq hüququ kobud şəkildə pozması ağrılıdır”.
Rusiyanın Avropadakı ölkələrin bir-biri ilə müharibə etdiyi dövrlərdə olduğu kimi ərazisini güc yolu ilə genişləndirməyə çalışdığını bildirən Şolz müharibə və imperializmin Avropaya qayıtdığını bildirib.
Ukraynadakı müharibənin Moskvanın planlaşdırdığından çox fərqli davam etdiyini qeyd edən Şolz, “Bir gün Rusiyanın da bu ağır vəziyyətdən çıxış yolu axtaracağı vaxt yetişəcək. Qoşunların çıxarılması əhəmiyyət kəsb edir” – deyə, əlavə edib.
Ukraynadakı müharibənin bütün beynəlxalq hüququn qaydalarını pozduğunu vurğulayan Şolz deyib: “(Rusiya prezidenti) Vladimir Putin bu müharibəyə görə məsuliyyət daşıyır. Orada inanılmaz dərəcədə vəhşi hərbi cinayətlər törədilib. Biz cinayətlərin açılmasına, məsuliyyət daşıyanların müəyyən edilməsinə kömək edəcəyik və onlar məsuliyyətə cəlb ediləcək”.
Busaat.az























