
Rusiyanın G20 üzvlüyünün dayandırılması ziddiyətli qərar olar - Borrel
Rusiyanın G20 üzvlüyünün dayandırılması “tamamilə ziddiyyətli” olacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Aİ-nin diplomatiya üzrə rəhbəri Josep Borrell deyib.
Dehlidə keçirilən “Raisina Dialogue” beynəlxalq konfransında çıxış edən Borrel deyib: “Siz çoxtərəfliliyə təkan vermək istədiyinizi deyə, sonra isə Rusiyanın G20-dən çıxmasını tələb edə bilməzsiniz. Bu, tamamilə ziddiyyətlidir”.
O, danışmaq və ya “ən azı başqalarını dinləmək” yollarını saxlamaq lazım olduğunu bildirib: “Sergey Lavrov gəldi, danışdı və getdi. O, başqalarını dinləmək üçün qalmadı”.
“Düşündüklərimizi söyləyə bilməyimiz və qarşı tərəfdən cavab almaq vacibdir. Biz bu ehtimalı saxlamalıyıq”, – deyə Borrell sözlərini yekunlaşdırıb.
Busaat.az























