
Rusiyanın keçmiş prezidenti Medvedevdən Çinə sürpriz SƏFƏR
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev gözlənilmədən Çinə səfər edib.
Busaat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Medvedev səfər çərçivəsində Çin Xalq Respublikasının sədri ilə görüşüb.
Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedev, Rusiya və Çin arasında strateji tərəfdaşlıq, iki ölkə arasındakı əməkdaşlıq və Ukrayna böhranını müzakirə etdiklərini bildirib.
Çinin Sinxua xəbər agentliyi səfərlə bağlı bir cümləlik xəbərdə qeyd edib: “Vahid Rusiya Partiyasının sədri Medvedev Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çinə səfər edib və ÇKP-nin baş katibi və prezident Si Tsipinlə görüşüb”.
Daha əvvəl elan olunmamış səfər Rusiya və Çin donanmaları arasında Sakit okeanda “Dəniz əməkdaşlığı 2022” təliminin başlaması ilə eyni vaxta təsadüf edib.
Qərbin müharibə səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Moskva ilə Pekin arasında ticarət həcminin artdığı müşahidə edilib.
Rusiya prezidenti Vladimir Putinin iştirak etmədiyi İndoneziyada keçirilən G20 Liderlər Zirvə toplantısının yekun bəyannaməsində Çin lideri Ukrayna müharibəsində nüvə silahından istifadə təhlükəsinə qarşı ortaq mövqe barədə sənədə imza atıb.
Busaat.az























