Rusiyanın Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25” Yerin təbii peyki olan Ayın orbitinə daxil olub.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi açıqlama yayıb.
Məlumtatda kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd olunub.
“Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.
Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini öyrənəcək. Eyni zamanda, su axtarışlarını həyata keçirəcək.