
Rusiyanın mövqeyini Vaşinqtona çatdırmaqda çətinlik çəkirik - Antonov
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvanın mövqeyini ABŞ Dövlət Departamentinin rəsmilərinə çatdırmaqda çətinlik yaşayır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya səfirliyinin mətbuat katibi İqor Girenko açıqlamasında bildirib.
Girenko Ned Praysın ABŞ rəsmilərinin Rusiya nümayəndəsi ilə əlaqə saxlaması barədə açıqlamasına münasibət bildirərkən deyib: “Əgər Dövlət Departamentinin rəsmi nümayəndəsi özünü göstərmirsə, heç olmasa, belə halların mahiyyəti barədə hər şeyi deməlidir”.
“Antonovun Moskvanın tapşırıqlarını tez və səmərəli şəkildə çatdırmaq imkanı həmişə olmur. Dövlət Departamentinin rəhbərləri ya səfiri qəbul etməkdən imtina edir, ya da onu aşağı səviyyəli məmurlara yönləndirir. Elə hallar olub ki, səfir hətta Rusiyanın mövqeyini belə ifadə edə bilməyib. Görüş zamanı onun sözünü kəsdilər və məlum oldu ki, amerikalıların Rusiyanın fikrini dinləməkdən daha vacib işlərlə məşğul olması lazım idi”, – deyə diplomat bildirib.
Busaat.az























