Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 420 $▲2.04%
  • Ethereum1 831 $▲3.53%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiyanın müdafiə naziri Şoyqudan “nüvə üçlüyü” ilə bağlı BƏYANAT

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Nüvə suverenliyimiz və ərazi bütövlüyümüzün əsas təminatçısıdır”.

Busaat.az xəbər verir ki, bunu strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət “nüvə üçlüyü”nü inkişaf etdirməyə davam edəcəklərini bildirən Rusiya müdafiə naziri Şoyqu deyib.

Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə 2023-cü illə bağlı qiymətləndirmələr aparıb.
Bu il üçün əsas hədəflərinin Rusiya ordusunun döyüş qabiliyyətini artırmaq üçün kompleks tədbirlər görmək olduğunu vurğulayan Şoyqu bildirib: “Ordumuzun Ukrayna və Suriyadakı əməliyyat təcrübəsini daim təhlil etməli, kadr hazırlığı proqramları və ordunun hazırlanmasında istifadə etməliyik”.

Rusiyanın “nüvə üçlüyü” olaraq təyin etdiyi strateji təyyarələr, qitələrarası ballistik raketlər və sualtı qayıqlardan ibarət potensialını inkişaf etdirməyə davam edəcəyini bildirən Şoyqu deyib: “Biz nüvə triadasını inkişaf etdirməyə və döyüş hazırlığı səviyyəsini saxlamağa davam edəcəyik. Nüvə suverenliyimiz və ərazi bütövlüyümüzün əsas təminatçısıdır”.

Döyüş təyyarələri və pilotsuz uçuş aparatları da daxil olmaqla Rusiya hava qüvvələrinin imkanlarını artıracaqlarını açıqlayan Sergey Şoyqu deyib: “Bizim prioritet planlarımız arasında müasir hücum maşınları arsenalını genişləndirmək də var”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96556