Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 229 $▼1.46%
  • Ethereum1 904 $▼1.22%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rusiya Nikolayevdə mənzili vurub: 5 nəfər ölüb

image-1647069190_ukrayna-sa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Rusiya Silahlı Qüvvələrinin Ukraynanın cənubunda yerləşən Nikolayev şəhərində mənzillərin birində törətdiyi hücum nəticəsində 5 nəfərin həyatını itirdiyi və Lvovda hərbi obyektin vurulduğu bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Təcili Yardım Xidmətindən açıqlama verilib.

Açıqlamada indiyə qədər 5 nəfərin həyatını itirdiyi, 11 yaşlı uşağın dağıntılar altından çıxarıldığı və qismən dağılmış mənzildə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Lvov Regional Hərbi İdarəsindən verilən yazılı açıqlamada Rusiya qüvvələri tərəfindən bölgəyə 3 raket atıldığı, birinin isə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi açıqlanıb. Hücum nəticəsində Lvov vilayətindəki hərbi obyektə ziyan dəydiyi, ancaq itki olmadığı vurğulanıb.

Bundan əlavə, Ukraynanın şərqində yerləşən Xarkov şəhərində axşam saatlarında iki hücumun həyata keçirildiyi bildirilib. Hücum səbəbindən şəhərin bəzi yerlərində elektrik enerjisi kəsilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87612