Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.00 $▲0.62%
  • WTI neft86.43 $▲0.89%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.319 $▲3.30%
  • Qızıl4 043 $▼1.98%
  • Gümüş51.58 $▼3.13%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 628 $▼2.17%
  • Ethereum2 051 $▼3.82%
  • S&P 5007 515▼0.45%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

"Rusiyanın razılığı olmasa bunu edə bilmərik" - Borreldən etiraf

image-1653908388_thumbs_b_c_e4120a5fb6a86acfcd2b0ff3bb68f3d1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın razılığı olmadan biz humanitar dəhlizlər təşkil edə bilmərik”.

Busaat.az  xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı taxılın ixracı ilə bağlı məsələyə aydınlıq gəitrərkən deyib.

Ukraynadan taxıl ixracı məsələsinin tez bir zamanda həllinin vacibliyinə diqqət çəkən Avropa diplomatiyasının rəhbəri deyib ki, hazırda Ukraynada  anbarlarda 20 milyon ton taxıl var, onu son istehlakçılara çatdırmaq lazımdır.

“Yeni məhsul üçün anbarı boşaltmaq lazımdır, əks halda onu saxlamaq üçün heç bir yer olmayacaq”, –  o qeyd edib.

Borrel əlavə edib ki, Rusiyanın razılığı olmadan humanitar dəhlizlər təşkil etmək mümkün deyil: “Çünki çoxlu minalar var. Ukraynalılar limanlarını minalayıblar. Ona görə də taxıl ixracı üçün dəhlizi təmizləmək lazımdır. Amma o zaman oradan hərbi gəmilər də keçə bilər. Odur ki, BMT-nin vasitəçiliyi ilə Rusiya ilə razılaşma lazımdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78436