
Rusiyanın Su-25 təyyarəsi Belqorodda qəzaya uğrayıb - pilot ölüb
Rusiyanın Su-25 hücum təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra Belqorod vilayətində aerodroma qayıdarkən qəzaya uğrayıb. Pilot ölüb”, – deyə nazirliyin açıqlamasında bildirilir.
İlkin məlumata görə, qəzaya təyyarədə baş vermiş texniki nasazlıq səbəb olub.
Busaat.az























