Rusiyanın Yaxın Şərqlə bağlı təklif etdiyi yeni qətnamə dərhal atəşkəsə çağırır.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
Sənəd dərhal, davamlı humanitar atəşkəsə çağırır.
Sənəddə həmçinin beynəlxalq humanitar hüquqa uyğun olaraq Qəzza zolağında bütün təsirə məruz qalmış ərazilərə tam, sürətli, təhlükəsiz və maneəsiz çıxışı təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasına çağırır.
Qeyd edək ki, oktyabrın 18-də ABŞ-ın veto qoymasından sonra BMT Braziliyanın təşəbbüsü ilə Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə layihəsini qəbul edə bilməyib. ABŞ tərəfi İsrailin özünümüdafiə hüququna dair bir kəlmə belə olmadığı üçün mətndən narazı olduğunu bildirib.
Pəri Əlizadə,
Busaat.az