
Rusiyanın Ukraynaya vurduğu ziyan qeydə alınacaq
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının IV Sammitində 46 üzv dövlət Rusiyanın Ukraynaya vurduğu zərərin qeydə alınması mexanizmini qəbul edəcək.
Busaat.az xəbər verir ki, bu barədə İslandiyanın Baş naziri Katrin Yakobsdottirin və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin Avropa Şurasının IV Zirvə Toplantısı öncəsi mətbuat konfransında bildirilib.
Von der Leyen İslandiyaya prezidentlik dövründə Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanların cəzalandırılması məsələsini diqqət mərkəzində saxladığına görə təşəkkür edib.
Von der Leyen gələcəkdə Rusiyanın Ukraynaya bu kontekstdə təzminat ödəməsi üçün ilk addımı təşkil etmək üçün sammitdə “Zərər Qeydiyyatı” mexanizminin işə salınmasından məmnun olduğunu bildirib.
Von der Leyen Ukrayna prezidenti Vladimir Zelenskinin sülh düsturunu dəstəklədiklərini vurğulayıb: “Zelenski bunu müzakirə etməyə çox açıqdır. Amma bizim hamımız üçün vacib olan odur ki, bu düstur bizim üzərində işlədiyimiz əsasdır”.
Busaat.az























