Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.06 $▲0.69%
  • WTI neft86.29 $▲0.72%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.297 $▲2.61%
  • Qızıl4 043 $▼1.99%
  • Gümüş51.52 $▼3.25%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 554 $▼2.26%
  • Ethereum2 045 $▼4.12%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Rusiyanın yeni lazer silahları "Bayraktar TB2"yə təsirsizdir - Selçuk Bayraktar

image-photo_170081
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“”Bayraktar TB2″ etməli olduğu işi görür, yəni ən qabaqcıl zenit sistemləri və zirehli maşınları zərərsizləşdirir. Bütün dünya bu “dronların” müştərisidir”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar “Reuters”ə müsahibəsində deyib.

O, “Bayraktar TB2″lərdən 2020-ci ildə Türkiyənin müttəfiqi Azərbaycanın Qarabağı azad etməsində və Ukraynanın müdafiəsində istifadə edilməsindən qürur duyduğunu bildirib.

“Dağlıq Qarabağın işğalı bizim gəncliyimizdən bu yana bir yara idi. Texnologiyanı inkişaf etdirən mühəndislər olaraq qardaş və bacılarımıza torpaqlarını qaytarmaqda kömək etmək şərəfdir. Ukraynanın işğalı da qanunsuzdur. Buna görə də TB2 Ukraynanın şərəfli xalqına öz ölkələrini müdafiə etməkdə kömək edir”.

Selçuk Bayraktar Rusiyanın iki həftə əvvəl yeni nəsil lazer silahları, o cümlədən Moskvanın iddiasına görə, orbitdəki peykləri sıradan çıxara və dronları məhv edə bilən mobil sistem təqdim etməsinə də münasibət bildirib.

Onun sözlərinə görə, bu cür silahların Bayraktar TB2-yə qarşı təsiri yoxdur.

“Onların əhatə dairəsi məhduddur. Buna görə də, sensor və döyüş sursatınız daha uzun olarsa, onlar təsirli olmayacaq”, – deyə Selçuk Bayraktar bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78663