
Rusiyanın Zelenskini məhv etməkdən başqa çarəsi yoxdur – Medvedev
Kiyevin Kremlə pilotsuz təyyarə hücumundan sonra Rusiyanın Vladimir Zelenski və onun qruplaşmasını fiziki olaraq məhv etməkdən başqa yolu qalmır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında bildirib.
Medvedev Kiyevin hərəkətləri ilə bağlı yazıb: “Bugünkü terror aktından sonra Zelenski və onun qruplaşmasının fiziki olaraq məhvindən başqa seçim qalmayıb”.
“Vladimir Zelenski şərtsiz təslim olmaq haqqında sənəd imzalamaq üçün belə lazım deyil”, – Medvedev deyib.
Busaat.az























