Rusiyada miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi hazırlanır. Layihəyə əsasən söyləmək olar ki, ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların rusiyadan deportasiya edilməsi də gündəmdədir. Azərbaycandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır. Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib. Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib. İşləmək üçün ölkəmizdən Rusiyaya gedənlərin çoxluğunu nəzərə alsaq, qanun layihəsi Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər önəm kəsb edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, dəyişikliklər həm də miqrasiya prosesini çətinləşdirmək məqsədi daşıyır. Sahib Məmmədovun sözlərinə görə, nəzərdə tutulan avans vergisi ölkədə işləmək üçün icazə sənədinə bərabər tutulacaq. Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ!- VİDEO

Bu bölməyə aid digər xəbərlər
Gün quruba əyilirdi. Üfüqlər Günəşin zərrin şüaları ilə qırmızı rəngə boyanmışdı. Şərqdən Qərbə üz tutan Günəş yenidən doğulmaq üçün atəşlərdə yanırdı…
Demokrat.az xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair…
Bu gün "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi (İMD İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə…
Türkiyənin sitrus ətirli cənub sahilləri – məşhur Türk Rivierası – Aralıq dənizi hövzəsinin ən gözəl və füsunkar bölgələrindən biri hesab olunur.
Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş…
Azərbaycan Aktyorlar Agentliyinin siması, gənc aktyor Sənan Əlləz daha bir ugura imza atıb. Gənc aktyorumuz Özbəkistan Baş prokurorluğunun sifarişi ilə…