
Rusiyaya qarşı davam edən kibermüharibəyə qarşı fəal müdafiəyə ehtiyac var - Medvedev
Hazırda kiberməkanda ölkəyə qarşı real müharibənin getdiyini nəzərə alaraq, Rusiya daxili resurslara hücumları minimuma endirmək yollarını inkişaf etdirməlidir.
Busaat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Xüsusi hərbi əməliyyat başlayandan bəri bu sahədə hər cür çağırış və təhdidlər kəskin şəkildə artıb. Kiberməkanda Rusiyaya qarşı əsl müharibə başlayıb”, – Medvedev deyib.
O, qeyd edib ki, prezident Vladimir Putin daha əvvəl “idxal edilən proqram təminatı və avadanlıqlardan asılılığın mümkün qədər tez aradan qaldırılması” məsələsini əsas məqsəd kimi qoymuşdu.
“Biz yerli texnologiyaları aktiv şəkildə təkmilləşdirməliyik, onların kiberməkanda hücumları bloklaya və ya ən azı minimuma endirməyə qadir olduğundan əmin olmalıyıq”, – Medvedev qeyd edib.
Onun sözlərinə görə, “dost olmayan ölkələr tərəfindən sanksiya təzyiqi artmaqda davam edir”. Sanksiyalar və kiberhücumlar “kritik informasiya infrastrukturunu qorumaq üçün fəal səylər tələb edir”, – diplomat bildirib.
“Bizim ümumi məqsədimiz bütün müvafiq qurumların, xidmətlərin, təşkilatların, iri korporasiyaların və akademik ictimaiyyətin işini səmərəli şəkildə əlaqələndirmək və dövlət proqramları və milli layihələr baxımından zəruri fəaliyyət və qərarlara dəstək verməkdir”, – 0, əlavə edib.
Busaat.az























