
“Rusiyaya qarşı sanksiyalara davam edəcəyik” – Baş nazir
Yaponiyanın Baş naziri Fumio Kişida Rusiyanın Ukraynadakı hərəkətlərinin beynəlxalq hüququn əsaslarını sarsıtdığını bildirib və oxşar vəziyyətin Asiya regionunda baş verə biləcəyindən narahatlığını ifadə edib.
Busaat.az xəbər verir ki, bu barədə Kişida ölkə parlamentinin hər iki palatasının plenar iclasında bildirib.
“Tokio Moskvaya qarşı sanksiyalar və Kiyevə dəstək siyasətini qətiyyətlə davam etdirəcək” – deyə yaponiyalı diplomat qeyd edib.
“Ölkəmiz ətrafında, o cümlədən Şərqi Çin və Cənubi Çin dənizlərində təhlükəsizlik vəziyyəti sürətlə pisləşir. Ərazilərimizi, ərazi sularımızı və hava məkanımızı qorumaq üçün lazım olan müdafiə qabiliyyətini gücləndirmək əsas prioritet olub” – deyə, Baş nazir əlavə edib.
Busaat.az























