
Rusiyaya qarşı terror aktlarının hazırlandığı obyektlər vurulub - Rusiya MN
Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığında Rusiyaya qarşı terror aktlarının hazırlandığı obyektləri vurub.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yüksək dəqiqlikli dəniz silahlarının Odessa vilayətində terror aktları törətmək üçün təhlükəli motorlu qayıqların hazırlandığı gəmi təmiri zavodunda istifadə edilib.
Hərbçilər bu zərbəni “qisas zərbəsi” adlandırıblar.
“Bütün hədəflər vurulub. Dağılmış obyektlərdə yanğın və partlayışlar qeydə alınıb”, – məlumatda qeyd edilir.
Qeyd edək ki, gecə saatlarında Nikolayev və Odessa vilayətlərində hava xəbərdarlığı elan edilib. Daha sonra Çerkası, Poltava, Xarkov, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində sirenlər səslənib. Səlahiyyətlilər gecə raket hücumu nəticəsində Odessadakı liman infrastrukturunun zədələndiyini bildirib.
Busaat.az























