Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyaya sərt xəbərdarlıq edib.
Busaat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə, Avropa Birliyi ciddi həmlələr etməyə hazırdır. “Rusiya üçün ciddi nəticələri olan bənzəri görülməmiş tədbirlər görməyə hazırıq” deyən Leyen, bunun üçün lazımi təlimatların verildiyini ifadə edib.
O bəyan edib ki, bu məsələdə Avropa Birliyi ABŞ-la birgə işlər görür.