
Ruslar üçün üç aylıq vizaların tətbiqini nəzərdən keçirməyə çağırıram - Salome Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Tbilisi ilə viza rejimini ləğv etmək qərarına cavab olaraq, Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Busaat.az xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
“Mən Təhlükəsizlik Şurasını çağırmağa və ruslar üçün üç aylıq vizaların tətbiqini nəzərdən keçirməyə çağırıram, çünki bu, bizim mövqeyimizi ifadə etmək vaxtıdır”, – Zurabişvili deyib.
Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edib, həmçinin Rusiya aviaşirkətləri üçün ölkəyə birbaşa uçuşlara qoyulan qadağanı aradan qaldırıb.
Busaat.az























