Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Ruslara agentlik edən idmançı ələ keçdi

image-photo_169442
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna milli komandasının tərkibində iki Olimpiya Oyunlarının iştirakçısı, ağırlıqqaldıran Gennadi Krasilnikov rus işğalçılarının atəşini tənzimlədiyi üçün saxlanılıb.

Busaat.az xəbər verir ki, saxlanılan ağır atletin video görüntüləri internetdə yayımlanıb.

Bildirilir ki, ukraynalı müdafiəçilər Xarkov vilayətinin Çuqev şəhərində işğalçılarla əlbir olanları saxlayıblar. Saxlanılanlar arasında ukraynalı idmançı Krasilnikov da olub.

Qeyd edək ki, Krasilnikov ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli idman ustasıdır. O, iki dəfə Yay Olimpiya Oyunlarında ağır çəki dərəcəsində Ukrayna yığmasının heyətində çıxış edib və yekun sıralamada 9-cu və 4-cü yerləri tutub.

Əlavə edək ki, yayılan söhbətlərə əsasən, Ukrayna təhlükəsizlik qüvvələri saxlanılan şəxsi yaxşı tanıyır. İstisna edilmir ki, Gennadi Krasilnikov Ukraynanın şərqində aparılan antiterror əməliyyatlarında iştirak edib.

Xatırladaq ki, daha əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusunun Xarkov vilayətindəki bölmələri Rusiya hərbi kəşfiyyatının atəşi tənzimləyən kimi cəlb etdiyi gənc oğlanı ifşa edib. Rusiyalı hərbçilər mobil messencerdən istifadə edərək onunla əlaqə yaradıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78188