Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.45 $▼5.04%
  • WTI neft96.25 $▼4.49%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.874 $▼1.14%
  • Qızıl3 953 $▲1.10%
  • Gümüş50.29 $▲0.41%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.25 ¢▲0.41%
  • Bitcoin76 801 $▲0.17%
  • Ethereum2 252 $▲0.10%
  • S&P 5007 541▼0.52%
11°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
İdman

Rüstəm Orucov Böyük Dəbilqə yarışlarından imtina etdi

image-c50679a8-bfc7-31f5-9d22-3546cc2a044e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın cüdoçusu Rüstəm Orucov qarşıdakı Böyük Dəbilqə yarışlarında iştirak etməyəcək.

Bu barədə “Report”a 30 yaşlı idmançının özü məlumat verib.

73 kq çəki dərəcəsində çıxış edən tanınmış cüdoçu qərarına Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı faktiki təmin etməsini səbəb göstərib: “Mənim üçün növbəti yarış Avropa çempionatı olacaq. Artıq lisenziyam var, olimpiadaya hazırlaşmaq qalıb. Yay Olimpiya Oyunlarına zədəsiz getmək istəyirəm. Ona görə yarışları azaldıram. Əsas üstünlüyü məşqlərə verirəm. Avropa çempionatında və daha sonra olimpiadada iştirak edəcəyəcəm”.

Orucov son olaraq, 2020-ci il oktyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə qızıl, noyabrın 24-də Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında və bu il martın 16-da isə Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanıb.

Qeyd edək ki, növbəti Böyük Dəbilqə yarışları 26 – 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 – 3 apreldə Türkiyənin Antalya, 5 – 7 mayda isə Rusiyanın Kazan şəhərində keçiriləcək. Avropa çempionatının 16 – 18 apreldə Portuqaliyanın paytaxtı Lissabonda təşkili nəzərdə tutulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39620