Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 356 $▼4.20%
  • Ethereum1 818 $▼5.66%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Rüşvətlə günahlandırılan Sarkozinin evində axtarış edildi

image-rusvetle-yargilanan-eski-fransa-cumhurbaskani-sarkozynin-evi-arandi-atxz
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin dövrün Liviya lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün cinayət təşkilatı qurduğu ittihamı ilə mühakimə olunduğu iş çərçivəsində onun evində axtarış aparılıb.

Busaat.az xəbər verir ki, fransız televiziya kanalı BFMTV-nin məlumatına görə, “Liviya Maliyyələşdirmə İşi” çərçivəsində iş adamı Ziad Takieddine-yə Sarkoziyə qarşı irəli sürülən ittihamları götürməsi üçün təzyiq göstərdiyi şübhəsi ilə ifadə verib. İstintaq çərçivəsində Sarkozinin Parisdəki evində də axtarış aparılıb.

HADİSƏNİN TARİXİ

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin 2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı iddia edilir.

Fransız-Livan əsilli Takieddine-nin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir.

İddialarla bağlı 2013-cü ildə ilkin araşdırma açılıb. Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı “seçki kampaniyasını qanunsuz maliyyələşdirmək, korrupsiya və Liviya dövlət vəsaitlərini gizlətmək” ittihamı ilə istintaq başlayıb.

İş adamı Takieddine isə əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını açıqlayıb, daha sonra 2020-ci ildə naməlum səbəbə görə açıqlamalarını dəyişib və bunun əksini iddia edib.

Sarkozi ona qarşı ittiham irəli sürmək üçün ən azı 8 nəfər vasitəsilə Takieddine təzyiq etməkdə şübhəli bilinir.

Fransanın keçmiş prezidentinin bunun üçün 608 min avro xərclədiyi iddia edilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=112648