Saakaşvili aclığı dayandırdıqdan sonra məktub yaydı: “Şərtlərim var…”

image-saakbackend

Saxlanıldıqdan sonra 42-ci gündür həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün müəyyən şərtlərlə aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə o öz rəsmi Facebook səhifəsində dərc olunan məktubunda bildirib.

“Strasburq məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq aclıq aksiyasını dayandırmaq qərarına gəldim. Lakin bunun üçün şərtlər var”, – deyə məktubda bildirilir.

Yazıda qeyd olunur ki, aclıq aksiyası bitirdikdən sonra o, mülki klinikada reabilitasiya dövrü keçməlidir. Saakaşvili vurğulayır ki, aclıq aksiyasını dayandırmaq kifayət qədər mürəkkəb prosessdir və həbsxana xəstəxanasında texniki şərait, ixtisaslı tibb işçiləri və təhlükəsizlik təminatları yoxdur, ona görə də o, mülki klinikaya köçirilməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90