Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.61 $▲0.95%
  • WTI neft84.81 $▼0.24%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▲2.43%
  • Qızıl3 786 $▼2.35%
  • Gümüş45.81 $▼3.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 354 $▼0.80%
  • Ethereum1 802 $▼1.12%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Saakaşvili hərbi hospitala köçürülə bilər

image-mixail
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə müalicəsini Qoridə hərbi hospitalda davam etdirməyi təklif edib.

Busaat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, gürcü siyasətçinin sağlamlığı və həyatı burada hökumət tərəfindən maksimum qorunacaq.

Breqadze bildirib ki, indiki mərhələdə hərbi hospitala köçürmə ilə bağlı Saakaşvilinin razılığı tələb olunur.

Bununla belə, nazir xəbərdarlıq edib ki, Saakaşvilinin köçürülməsi zamanı tərəfdarları prosesə mane olarsa, siyasətçi yenidən 18 saylı cəzaçəkmə müəssisəsinin xəstəxanasına geri qaytarılacaq.

Qeyd edək ki, oktyabrın 1-dən bu yana aclıq aksiyası keçirən Mixail Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Belə ki, Saakaşvili hazırda B1 vitaminin əskikliyi səbəbindən yaranan beyində nevroloji xəstəlikdən, qipokaliemiyadan (orqanizmdə kalium çatışmazlığı), talassemiyadan əziyyət çəkir. Bununla yanaşı, həkimlər Saakaşvilidə mədə-bağırsaq qanaxması ehtimalının yüksək olduğunu hesab edirlər. Bütün bu diaqnozların nəticəsi isə koma və yaxud ölümcül aritmiya ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=63667