
Saakaşvili məhkəmə iclasında uzaqdan iştirak edə bilməyəcək
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin 2007-ci il hadisələri ilə bağlı keçiriləcək iclasında iştirak edə bilməyəcək.
Busaat.az xəbər verir ki, bu barədə onun yaratdığı “Vahid Milli Hərəkat” partiyasının üzvü Sofo Caparidze məlumat verib.
“Bu gün Saakaşvilinin özü də məhkəməyə qatılmalı idi, lakin səhhəti pisləşdiyinə görə, sedativ dərmanlarla qanköçürmə aparılır. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq və o, növbəti məhkəmə prosesində iştirak edə biləcək. Onun buna böyük həvəsi və mübariz ruhu var”, – Caparidze bildirib.
Saakaşvili işi üzrə məhkəmə iclası çərşənbə günü başlayıb, lakin başlayandan az sonra başqa yerə köçürülüb. Sabiq prezidentin məhkəmədə iştirak edə biləcəyinə dair şübhələri anası Giuli Alasania dilə gətirib. Növbəti iclas sentyabrın 20-nə təyin edilib.
İyulun 3-də keçirilən iclasda Saakaşvili uzaqdan iştirak edib.
Busaat.az























