Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.16 $▼0.34%
  • WTI neft84.44 $▼0.35%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 780 $▼0.18%
  • Gümüş45.88 $▲0.15%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 562 $▼0.48%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Saakaşvilinin həbsi Gürcüstana mənfi təsir göstərəcək” - Vitaliy Kliçko

image-klicko
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kiyev şəhərinin meri Vitaliy Kliçko Gürcüstan rəhbərliyini Mixail Saakaşvilini azadlığa buraxmağa çağırıb.

Busaat.az  “İnterfaks”a istinadən xəbər verir ki, Kliçko Saakaşvilinin həbsxanada saxlanılmasını ədalətsiz qərar adlandırıb.

“Saakaşvilini barmaqlıqlar arxasında saxlamaq düzgün deyil və ədalətsizlikdir. Onun azadlığa buraxılması üçün hüquqi həll yolları tapılmalıdır. Belə ki, Mixailin həbsxanada qalması Gürcüstana müsbət haldan daha çox mənfi təsir göstərəcək. Bunu Gürcüstanı sevən və onu daim dəstəkləyən bir şəxs olaraq deyirəm”, – deyə Kliçko öz feysbuk hesabında qeyd edib.

Kliçko əlavə edib ki, Saakaşvili Gürcüstan və postsovet məkanı üçün tarixi şəxsiyyətdir. Eyni zamanda ölkədə bir sıra islahatlar keçirib, dünyada Gürcüstanın nüfuzunu dəyişib.

Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-i səkkiz ildən sonra Gürcüstana qayıdıb. Keçmiş Prezident elə həmin gün saxlanılıb. O, özünü siyasi məhbus hesab edir və aclıq aksiyası keçirir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60051