Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.44 $▼0.63%
  • WTI neft84.66 $▼0.95%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▼0.94%
  • Qızıl3 786 $▼1.13%
  • Gümüş45.74 $▼2.38%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.25 ¢▼0.86%
  • Bitcoin64 462 $▼0.63%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Saakaşvilinin xəstəxanaya məcbur aparılma anı - Video

image-saakasvili
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstan Xüsusi Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin 18 saylı Qldani Cəzaçəkmə Müəssisəsinə və həbsxana xəstəxanasına necə aparıldığını və palataya necə yerləşdirildiyini əks etdirən kadrlar yayıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, xüsusi brifinqdə ədliyyə naziri Rati Breqadze bildirib ki, bu cür tədbirləri məcburiyyətdən ediblər. O,  Saakaşvilinin vəkillərindən Nika Qvaramiyanın eks-prezidenti “maşından çıxarıb xəstəxana binasına 30 metr sürükləyərək aparıblar” ittihamlarına da cavab verib:

“Təcili yardım maşını düz müəssisənin qapısında dayandı. Saakaşvili maşından düşməli olan zaman əməkdaşlarımızın qanuni tələblərinə tabe olmayıb. Bu zaman o, əməkdaşımızı təhqir edib, tibbi ləvazimatlara ziyan vurub”.

Nazir bildirib ki, bu faktla bağlı araşdırma həm Dövlət Müfəttişliyi Xidməti, həm də Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılır.

Qeyd edək ki, vəkillərinin sözlərinə görə, Saakaşvili hazırda tibbi yardım və müalicədən imtina edir.

https://youtu.be/yji9v8kh97Q

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=62933