Sabah “Mübarizlər yolu” adlı teatr tamaşası baş tutacaq

image-foto7backend

“Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan Mübarizlər yolu: gəncliyimizin qələbəsi” adlı layihəsi çərçivəsində ilk dəfə “Mübarizlər yolu” adlı teatr tamaşası sərgiləyəcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd 44 günlük Zəfərimizi yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.

Teatr tamaşası Bakı Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə 11 oktyabr 2023-cü il, saat 10:30-da Qurban Abbasov adına Mədəniyyət sarayında baş tutacaq. Tamaşa “DUA lab” yaradıcılıq qrupunun heyəti tərəfindən ərsəyə gətirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki