Sabahdan Finlandiyaya rus qazının tədarükü dayandırılcaq

image-3061543_810x458backend

Rusiya qazının Finlandiyaya tədarükü mayın 21-dən dayandırılacaq.

Busaat.az xəbər verir ki, bunu “Qasum” dövlət qaz şirkəti “Qazprom Export” MMC-dən müvafiq bildiriş aldıqdan sonra bildirib.

Növbəti günlərdə 2022-ci ilin yay mövsümündə operator öz müştərilərini təbii qazla digər mənbələrdən – Estoniyadan “Balticconnector” boru kəməri ilə təmin edəcək.

“Qasum” Rusiya tərəfinin yeni qaz ödəniş sisteminə keçid tələbini qəbul etməyib və arbitrajda iddia qaldırmaq niyyətindədir.

Martın 31-də Rusiya Federasiyasının Prezidenti “Xarici alıcılar tərəfindən Rusiyanın təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi proseduru haqqında” 172 nömrəli Fərman imzalayıb.

Sənədə əsasən, fərmanda göstərilən xarici kontragentlərə 2022-ci il aprelin 1-dən sonra tədarük edilən Rusiya boru kəməri qazına görə ödəniş yalnız rublla aparılmalıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90