Sabiq nazirin oğlu Moskvada 8 milyon dollara mənzillər alıb

image-resad-camalovbackend

Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb. 

Busaat.az  xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Rəşad Camalov eyni zamanda “Şvedskiy tupik” 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, “Semyonovsk” metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik “Pyateroçka” supermarketə sahibdir.

Qeyd edək ki, Rəşad Camalov 2020-ci ildə Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.

Jurnalistin sözlərinə görə, mərhum nazirin oğlu Rusiya vətəndaşlığını təsbit edən pasportunu 2006-cı ildə Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb:

“Bildiyimə görə DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90