
Sabiq prezident Kennedinin qardaşı oğlu seçkilərdə iştirak edəcək
ABŞ-nin keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu vəkil Robert F. Kennedi ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmağa hazırlaşır.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı, keçmiş ədliyyə naziri və prezidentliyə namizəd Robert Kennedinin oğlu Junior Robert F. Kennedi Demokratlar Partiyasından prezident seçkilərində namizəd olacaq. Onun namizəd olmaq üçün Federal Seçki Komissiyasına lazımi sənədləri təqdim etdiyi bildirilib.
Ətraf mühit üzrə hüquqşünas və peyvənd əleyhinə olan Kennedy Jr-ın aprelin 19-da namizədliyini rəsmən elan edəcəyi gözlənilir.
Kennedi artıq indiki Demokrat prezident Co Baydenin partiya daxilində ikinci əsas rəqibidir. O, hələ prezidentliyə namizədliyini açıqlamasa da, namizədliyini irəli sürmək “niyyətində olduğunu” bəyan edib.
Məşhur yazıçı Marianne Williamson Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs olub.
Namizədliyini elan edən Respublikaçılar Partiyasından olan adlar arasında isə, keçmiş prezident Donald Tramp ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, siyasətçi Stiv Laffi, gənc multimilyonçu Vivek Ramasvami və iş adamı Perri Conson da var.
Busaat.az























