
Sabiq prezident qanun pozuntusuna görə mühakimə olunur
Braziliyanın sabiq prezidenti Jair Bolsonaroya qarşı məhkəmə prosesi başlayıb.
Busaat.az yerli mətbuata istinadən xəbər verir ki, , Bolsonaro təqsirli bilinərsə, 8 il müddətinə siyasətdən uzaqlaşdırılacaq və heç bir dövlət vəzifəsi tuta bilməyəcək.
Onun iştirak etmədiyi ilk məhkəmə 27 iyuna təxirə salınsa da, ikinci iclasda qərarın verilə biləcəyi ilə bağlı qiymətləndirmələr aparılır.
Sabiq prezidentin vəkili Tarcisio Vieira, ittihamların əsassız olduğunu və müvəkkilinin ölkədəki seçki sistemi ilə bağlı fikirlərini ifadə etməkdən başqa bir şey etmədiyini deyib.
“Uyğunsuzluq olarsa, maksimum cərimə tətbiq edilə bilər, lakin onu siyasətdən uzaqlaşdırmaq düzgün qərarolmaz”, – Vieira bildirib.
Qeyd edək ki, Bolsonaro 2022-ci il seçkilərini saxta adlandırıb və prezident olarkən Ali Seçki Məhkəməsi üzvlərinin şəxsi hüquqlarına hücum etmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və mediadan sui-istifadə etməkdə ittiham olunur.
Busaat.az























