Sabirabadda təcili yardım maşını qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

image-sabirabadbackend

Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Busaat.az-ın məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını “VAZ-21011” markalı avtomobillə toqquşub.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki